AZ

Qaxda çoban iti sakinlərə hücum edib

Qaxda çoban iti kənd sakinlərinə hücum edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Cüdüllü kəndində fermada baş verib.

Fermadakı çoban iti kənd sakinləri Hətəmov Fəxrəddin və  Hümbətov Məhəmmədə hücum edərək onlara ağır xəsarətlər yetirib.

Yaralılar dərhal Qax rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Hətəmov Fəxrəddinin durumu ağır olduğundan təcili əməliyyata alınıb.

Hazırda hər iki şəxsə tibbi yardım göstərilir.

Seçilən
39
14
anews.az

10Mənbələr