Metbuat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Uşaqlarda rast gəlinən çəplik problemi çox zaman anadangəlmə olsa da, bəzən uşaqlarda sonradan da inkişaf edə bilir.
Bunu Metbuat.az-a açıqlamasında oftalmoloq Elnarə Məmmədova deyib.
Həkimin sözlərinə görə, uşaqlarda çəpliğin yaranma səbəbləri arasında göz əzələlərinin zəif inkişafı, spazm, gözdaxili təzyiq və görmə zəifliyi xüsusi rol oynayır:
“Müalicə üsulları isə vəziyyətdən asılı olaraq dəyişir – həm cərrahi yolla (əməliyyatla), həm də konservativ, yəni dərman müalicəsi ilə aparıla bilər,” – deyə Elnarə Məmmədova bildirib.
Oftalmoloq əlavə edib ki, əgər çəplik anadangəlmədirsə və uşağın yaşı əməliyyata uyğundursa, cərrahi müdaxilə nəticə verə bilər:
“Əməliyyatdan sonra görmə faizi yaxşılaşa və çəplik bərpa oluna bilər. Lakin mütləq qeyd etmək lazımdır ki, əməliyyatdan sonra uşaq daimi olaraq eynək taxmalıdır,”.
Sevinc İbrahimzadə / Metbuat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.