AZ

Rusiyadakı soydaşlarımıza qarşı növbəti təxribat - Rəsmi

Rusiyanın “Azərbaycan diasporu” adlı saxta teleqram kanalında “Azərbaycan icması Bakını Moskva ilə münasibətləri pozmaqda ittiham edib” başlıqlı yazı dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Bakuinfo”ya bildirilib ki, yazı Rusiyada Azərbaycan diaspor üzvləri ilə bağlı son hadisələrlə əlaqədar təxribat xarakterli bəyanatdır və bu bəyanatın Rusiyadakı Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur.

Saxta teleqram kanalının belə bir məlumat yayması ölkəmizə və Rusiyada yaşayan soydaşlarımıza qarşı yönələn təxribatdır:

“Heç bir həqiqəti əks etdirməyən, təxribat xarakterli  həmin yazıya istinad olunması, diasporun mövqeyi kimi ictimaiyyətə təqdim olunması yolverilməzdir. Media nümayəndələrindən belə bir həssas məqamda diqqətli olmağı xahiş edirik”.

Seçilən
16
50
bakuinfo.net

10Mənbələr