AZ

“İmişli” daha 6 futbolçu ilə vidalaşdı

2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “İmişli” daha 6 futbolçusu ilə vidalaşıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Henrike və Xəyal Tomarov ilə müddəti başa çatmış müqavilələrin müddəti uzadılmayıb. Klub onların hər birinə xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, “İmişli” daha öncə Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov və Nəbi Məmmədovla yollarını ayırıb.

Seçilən
12
12
arena.az

10Mənbələr