AZ

8 ildir yeni bina sakinlərə nə təhvil verilir, nə də kirayə haqqı... – ŞİKAYƏTVİDEO

2017-ci ildə Nəsimi Rayon İcra Hakimiyyətinin sərəncamıyla start götürən layihə hələ də sona çatdırılmayıb.

Xezerxeber.az-ın xəbərinə görə, belə ki, Azadlıq prospekti və ətraf küçələrdə yaşayan 213 mülkiyyətçi evlərini tərk edib, "Yeni Ailə" MTK-ilə rəsmi müqavilə bağlayıb.

Müqaviləyə görə, cəmi 2 ilə ailələrin mənzilləri təhvil verilməliydi. Ancaq bu gün 8 ildir gözləyən sakinlər var.

Sakinlər sadəcə mənzil deyil, hər ay verilməli olan kirayə haqlarının da ödənmədiyini iddia edirlər. Kommunal xidmətlər demək olar ki, yox səviyyəsindədir. Üstəlik təhvil verilməyən kompleksdə artıq liftlər də işləmir.

Məsələ ilə bağlı "Yeni Ailə" MTK-nın rəsmisi Ziya Hacıyev "Xəzər Xəbər"ə bildirdi ki, hazırda kompleksin tikilib başa çatdırılması məqsədilə iş gedir. Yaxın bir ay ərzində su, qaz, işıq sayğacları quraşdırılacaq və liftlər bərpa ediləcək. O həmçinin əlavə etdi ki, hazırda şirkətdə yoxlama gedir və maliyə problemləri var.

Buna görə də kirayə haqları gecikir. Həmin ödənişlərin də 20 gün ərzində həyata keçirilməsi gözlənir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
19
24
xezerxeber.az

10Mənbələr