UEFA Avropa Liqasına hazırlaşan "Sabah" ilk yoxlama matçını keçirib.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" təlim-məşq toplanışı keçdikləri Avstriyada Rumıniya təmsilçisi "Rapid"lə üz-üzə gəliblər.
Bakı klubu hesabda iki dəfə geri düşməsinə baxmayaraq, yekunda bərabərliyə nail olub.
Bu, "Sabah"ın litvalı yeni baş məşqçisi Valdas Dambrauskasın debüt matçı kimi yadda qalıb.
Yoxlama matçı
"Rapid" (Buxarest, Rumıniya) - "Sabah" 2:2
Elvir Kolyiç, 15; Drilon Hazrollay, 61 - Coy-Lens Mikels, 34; Xəyal Əliyev, 72