Demokrat.az xəbər verir ki, sosial media Yekaterinbuqrdakı son zorakılıqların Rusiya təhlükəsizlik qüvvələri tərəfindən kifayət qədər düşünülmüş, nümayişkaranə şəkildə və kifayət qədər amansızlıqla həyata keçirildiyini yazıb.
O da qeyd olunub ki, Rusiya tərəfi son hadisələrdə həlak olan iki azərbaycanlının ölümündən sonra belə öz “hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətlərinin qanuniliyi ilə bağlı araşdırma aparmaq” barədə qeyri-müəyyən vədlər belə verməyib: “Ümumiyyətlə, Moskvadan qətl ittihamlarına praktiki olaraq heç bir rəsmi reaksiya yoxdur. Həmçinin Kremlin nəzarətində olan Telegram kanalları şəbəkəsi təhlükəsizlik qüvvələrinin müdafiəsinə qalxaraq, Bakının ünvanına sərt tənqidlər yağdırır”.
“Politika Stranı” Azərbaycana qarşı yönəlmiş bu terrorun səbəblərinə diqqət çəkir. Kanalın fikrincə, birinci səbəb Azərbaycanın “Rusiya Federasiyasından açıq-aşkar uzaqlaşması ilə bağlıdır” və AZAL təyyarəsinin vurulmasından sonra Moskva haqqında sərt bəyanatlar səsləndirilir: “Aydındır ki, bu, Kremlin xoşuna gəlməyəcək. İkincisi, Rusiyada azərbaycanlılar həm biznesdə, həm də kriminal iyerarxiyada çox ciddi mövqelər tuturlar. Bu iki faktı bir araya gətirsək, güman etmək olar ki, Moskva Rusiya Federasiyasında zəngin Azərbaycan diasporunun mövcudluğundan Bakıya təzyiq rıçaqı kimi istifadə etməyə, Azərbaycan hakimiyyətinin mövqeyini düzəltməyə, onları seçim qarşısında qoymağa çalışır: ya kursu dəyişsin, ya da Rusiya Federasiyasındakı ən iri azərbaycanlı iş adamları “dekulatlaşdırılacaq” və onların əmlakı başqalarının əlinə keçəcək. Bu həm də Rusiya Federasiyası daxilindəki Azərbaycan diasporunun nümayəndələrinə Bakıya müəyyən istiqamətdə təsir etmək üçün bir siqnaldır”.
Şərhçilərin fikrincə, Azərbaycan Prezidenti İlham Əliyev “sərt mövqe tutarsa, bu, azərbaycanlı iş adamlarının Rusiya Federasiyasındakı milyardlarla dollar dəyərində aktivlərini əlindən almaq üçün istifadə olunacaq”. O da qeyd olunur ki, 2022-ci ildən sonra Rusiyada Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra Azərbaycan Rusiya üçün “qeyri-dost ölkələrin” siyahısıba düşüb.
Kanal bundan sonra da azərbaycanlıların sıxışdırılacağını proqnozlaşdırır. Proqnozlar arasında Bakının ortaq logistika marşrutlarından imtina etməsi perspektivi də var: “Lakin burada asılılıq və fayda qarşılıqlıdır və layihələrin pozulmasından kimin daha çox itirəcəyi məlum deyil (məsələn, bu il Bakı-Novorossiysk kəməri ilə ixrac üçün 2,5 milyon ton Azərbaycan neftinin vurulması planlaşdırılır)”.
10Mənbələr
-
news24.azAvropa yaxın gələcəkdə Rusiya ilə qarşılaşacaq ( 18758497)
-
nuh.azRusiyanın imperiya siyasəti açıq formaya keçir ( 18764143)
-
qht.azQHT sədri: “Günahkarlarların dərhal cəzalandırılmasını və rəsmən üzr istənilməsini tələb edirik” ( 18758605)
-
sherg.azAvropa yaxın gələcəkdə Rusiya ilə qarşılaşacaq ( 18757711)
-
azadmedia.azQHT sədri:”Şovinizm Rusiyada dövlət siyasətinin strukturlaşmış formasıdır” » AzadMedia.az ( 18755416)
-
yenisabah.az“OMON özbaşınalığı”, yoxsa siyasi sifariş? – Növbəti təxribatlar ola bilər ( 18755314)
-
moderator.azYekaterinburqda tökülən qan… – İLK deyil, SON olacaqmı?! ( 18755059)
-
axar.azAvropa yaxın gələcəkdə Rusiya ilə qarşılaşacaq ( 18754840)
-
axar.azAvropa yaxın gələcəkdə Rusiya ilə qarşılaşacaq ( 18754822)
-
sabahinfo.azMM üzvü: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir ( 18753781)