AZ

Geriyə bu görüntülər qaldı... - Fotolar

Türkiyənin İzmir şəhərində başlayan meşə yanğını Menderes və Seferihisar rayonları sərhədlərində doğru yayılıb.

“Qafqazinfo” xəbər verir ki, hazırda yanğına havadan və qurudan müdaxilə edilir.

Ehtiyat tədbiri olaraq ərazidəki evlər boşaldılıb. Məlumata görə, yanğın zibillik ərazidə başlayıb. Külək nəticəsində alov meşəlik əraziyə keçib.

2 təyyarə, 1 helikopter, 3 su çiləyən, 1 su təchizatı maşını və yanğınsöndürmə qrupları əraziyə cəlb edilib.

Yanğın zamanı çoxlu sayda avtomobil yanaraq yararsız hala düşüb. Yanğın baş verən ərazidə magistral yola çıxışlar bağlanıb.







Seçilən
5
9
qafqazinfo.az

10Mənbələr