AZ

Peskov: Rusiyada yaşayan ermənilər Ermənistandakı hadisələri ağrı ilə izləyir

BAKI, 29 iyun. TELEQRAF

"Rusiyada yaşayan ermənilər Ermənistandakı son hadisələri dərin narahatlıqla izləyirlər".

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Unutmayaq ki, Rusiyada bir neçə milyon erməni yaşayır. Onlar Rusiya Federasiyasının vətəndaşlarıdır və baş verən hadisələrə, əlbəttə, ağrı ilə yanaşırlar. Bir çoxları bu proseslərin necə getdiyini qəbul etmir”, – Peskov qeyd edib.

O əlavə edib ki, Ermənistan Rusiya üçün çox yaxın və xüsusi münasibətə malik olan bir respublikadır.

Qeyd edək ki, Ermənistanda son günlərdə baş verən etiraz dalğası 18 iyun tarixində rusiyalı erməni əsilli iş adamı Samvel Karapetyanın saxlanılması ilə başlayıb. Yerevan məhkəməsi onu hakimiyyətin zorla ələ keçirilməsinə çağırışda təqsirləndirərək iki ay müddətinə həbs edib.

Sonradan eyni ittihamla daha bir neçə tanınmış şəxs, o cümlədən arxiyepiskop Baqrat Qalstanyan, “Müqəddəs Mübarizə” hərəkatının tərəfdarları və arxiyepiskop MMikayel Ajapaxyan da iki aylıq həbs cəzasına məruz qalıb.

Seçilən
18
13
teleqraf.com

10Mənbələr