AZ

Rusiyanın milli siyasətində dözümsüzlük, ayrı-seçkilik, diskrimnasiya və islamofobiya güclənir - TƏHLİL

Azərbaycan xalqı xəyanəti bağışlamır və bağışlamayacaq

Son günlərdə  Rusiyanın Yekaterinburq şəhərində baş verən, insanlığa yaraşmayan hadisələr Azərbaycan xalqı tərəfindən hiddətlə qarşılanıb. Şovinizmin, diskriminasiyanın, milli ayrı-seçkilliyin bariz nümunəsi olan prosesin  kimlər tərəfindən və nə məqsədlə törədilib davam etdirilməsi bəllidir. Necə. deyərlər bu dəfə də  balıq  başdan iyləndi.  Yekaterinbirqda yaşayan, yaxud orada yaxınları olan  şəxslərə qarşı insanlıqdan kənar vəhşiliyin törədilməsi, heç bir sənəd sübüt göstərilmədən,mənzildə axtarış aparılması ilə bağlı qərarı təqdim etmədən mənzildə misli görunməmiş vəhşiliyin tötədilməsi ilk növbədə rusiya “hüquq müdafiəçilərinin” “humanistliyinin” qeyri peşakarlığının ifadəsidir. Həmin şəhərdə yaşayan,Rusiya vətəndaşları Səfərovlar ailəsinə törədilən vəhşilik heç bir halda qəbul edilməzdir. Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Hüseyn Səfərov və Ziyəddin Səfərov  qardaşlarının öldürülməsi, ailənin digər üzvləri olan 9 nəfərin saxlanılması,bəzilərinə qarşı qeyri insani rəftarın göstərilməsi hüquq müdafiəçisi adına ləkədir. Baş verənlər bir daha adı polis olub əslində qurdurluq edən paqonluların səriştəsizliyinin ifadəsidir. Evdə aparılan axtarışlar zamanı qadınlara qarşı göstərilən zorakılıq,onlara məxsus zinyət əşyalarının götürülməsi isə heç bir qanuna sığışmayan mənəvi əxlaqsızlıqdır. Hadisə şahidlərinin dedikləri kimi  gəncləri zərbə altında kabab bişirməyə məcbur edən FTX əməkdaşları bir daha mənəvi kasadlıqlarını göstərmişlər.

Təbii ki, hazırda Beynəlxalq içtimaiyət tərərfindən diqqətlə izlənilən Yekaterinqburq  hadisəsi iki ölkə arasındakı strateji əməkdaşlığa, imzalanan müttəfiqlik bəyannamələrinə zərbə vuran, xələl gətirən hadisələrdir. Aktauda baş verən təyyarə qəzasından və Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Rusiyaya buraxılmaması, bir müddət öncə Azərbaycanın informasiya resurslarına qarşı kiberhücumların təşkili haqlı narazılıq doğuran əməllərdir. Təbii ki, beynəlxalq hüquq normalarına zidd  bu kimi hadisələrin  arxasında Rusiyanın maraqlı  qüvvələrinin  dayanması bəllidir. Yekaterinqburdakı hadisələr  iki ölkə arasındakı diplomatik münasibətlərə də ciddi zərbədir. Hadisənin baş verdiyi ilk anlardan səbəb kimi 2001-2010 və 2011 ci illərdə törədilən cinayət hadisələrinin bəhanə gətirilməsi gülünc olmaqla Rusiya təhlükəsizlik orqanlarının hadisələrə “obyektiv, qanunauyğun və operativ” yanaşmasının nəticəsidir. Üstündən illər keçdikdən sonra güya açılmayan cinayətlərin 24 ildən sonra “araşdırılmasının” səbəbləri Rusiya rəsmilərinə və hüquq mühafizə orqanlarına haqq qazandırmır və hörmət gətirmir. Tərkibində siyasi motivlərin gizlənildiyi Yekaterinqburq hadisəsi təbii ki zamanla daha obyektiv araşdırılacaq.

Azərbaycan xalqının humanuzm prinsiplərinə sadiqliyini Ruisiya xalqı çox yaxşı bilir. Əgər unudmuşlarsada bəzi məqamları xatırladaq       Azərbaycanlıların Rusiyada göstərdikləri şücaətlər və fədakarlıqlarlara bir neçə nümunə. Salaməddin Nağıyev  Pexorka çayında boğulan yerli uşaqları xilas etməyə çalışarkən həyatını itirib. Səbuhi və Tural Rəhimovlar Krasnoyarsk şəhərində partlayan istilik borularına baxmayaraq, onlarla insanı yanan avtobusdan çıxarıblar. Baxış Kərimov Sverdlovsk vilayətində polis əməkdaşı kimi yanan evə girib və dörd uşaqla birlikdə valideynlərini xilas edib. Tolyattidə polkovnik rütbəli zabit Aydın Qəmbərov  buzlu suda boğulan uşağı xilas etmək üçün həyatını riskə atlb. Kənan adlı gənc  Perm şəhərində 16 yaşlı qızın intihar cəhdinin qarşısını alaraq “şəhər qəhrəmanı” adına layiq görülüb.“Krokus” ticarət mərkəzində törədilən  terror aktı zamanı orada ofisiant işləyən azərbaycanlı Kamil Nəsibov  100-dən çox insanın həyatını xilas edib.Vüqar Əliyev isə Rusiyada iki uşağı boğulmaqdan qurtarıb.Bu kimi faktların siyahısını artırmaq da olar. Bu cür fədakarlıq göstərən azərbaycanlılara qarşı Rusiyada qeyri-insanı davranış qəbuledilməz və vəhşilikdir.

Hadisələri araşdırarkən Rusaya-Ukrayna müharibəsində hərbi kadrların qıtlığından yaranan Rusiyada miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə müharibəyə aparılması tendensiyası açıq müşahidə olunur. Miqrantlar narkotik, törətmədikləri cinayətlər , ailə üzvləri və yaxınları ilə təhdid edilirlər. Məcburiyyət qarşısında qalan qeyri milli Rusiya vətəndaşları bu cür təzyiqlərə məruz qalıqlar. Müharibəyə gedən miqrantlar aldadılır, onlara kompensasiyalar verilmir. Qayıtdıqdan sonra yenidən şantaj olunur və müharibəyə aparılırlar. Miqrantlarla bərabər milli kimliyinə görə Rusiya vətəndaşı olan qeyri-rusların bu kimi təqiblərin qurbanı olmaları açıq-aşkar şovinizimdir. Görünür cərəyan edən hadisələr təkcə Yekaterinburq ilə məhdudlaşmır və Rusiyanın bütün regionlarını əhatə edir. Bəzi məmurlar bu mövzuda özlərini qəhrəmanlaşdırmağa çalışırlar. Bu yaxınlarda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantların müharibəyə cəlb edilməsi ilə bağlı etirafları və  səaləndirdiyi  statistikanın əsasında da bu həqiqətlər dayanır.

Azərbaycan hələ də mülki  təyyarəsinin virulmasını unutmayıb. Rusiyanın bu məsələdə hərəkətsizliyi heç cür  qəbul oluna bilməz. Ölkəmiz təyyarə mövzusunu  beynəlxalq müstəvidə inkişaf etdirəcək və məsələnin ədalətli həllinə, günahkarların cəzalandırılmasına, müvafiq kompsesasiyaların ödənilməsinə nail olacaq. 

Rusiyada ənənəvi digər xalqlara qarşı şovinist əhval ruhiyyə hökm sürüb, diskriminasiya geniş yayılmış praktikadır. Görünür, artlq müsəlman xalqlarına, bu ölkədə yaşayan və ya ora gedən müsəlmanlara qarşı da açıq təzyiqlərə start verilib. Bu, Rusiyada islamofobiyanın alovlandırılması deməkdir. Kremlə yaxın olan Solovyov kimi bayquşların açıq anti-Azərbaycan çıxışları məsələnin nə yerdə olduğunu, bütün bu proslərin bəlli mənbədən  idarə olunduğunu aydın göstərir. 

Mübaliğəsiz, Rusiyanın milli siyasətində digər xalqlara qarşı dözümsüzlük, ayrıseçkikik, diskriminasiya və islamofobiya güclənir. Qərbə bütün istiqamətlərdə uduzan, Ukrayna bataqlığına düşərək buradan çıxa bilməyən Rusiyada artıq digər xalqlara ünvanlanan düşmən axtarışına başlanılıb. Kimlərsə bu ölkədə bütün dünyanı qarşısına almaq iddiasına düşüb və yeni gündəm yaradaraq onu inkişaf etdirmək niyyətindədirlər.

Bu gün Ermənistanda radikalizm, revançizm ideyalarının güclənməsi, Koçaryan, Sarkisyan və Rusiya tərəfindən idarə olunan digər şəxslərin,din xadimlərinin daha uca səslə danışması Moskvadan  idarə olunan prosesdir. Məqsəd Cənubi Qafqaz regionunu yenidən müharibə arenasına çevirməkdir.

Bu məqamda bəzi hadisələri  də xatırlatmaq yerinə düşər. Azərbaycan xalqı bu gün də Sovetlərin qırmızı ulduzlu əsgərlərinin Bakıda törəddikləri 20 yanvar faciəsini, 366-cı motoatıcı alayınınn erməni daşnaqları ilə birgə Xocalıda vəhşicəsinə qətlə yetirdikləri 613 soyadaşımızın soyqırımını,torpaqlarımız 30 il işöal altında qaldığı müddətdə Ermənistana göstərilən dəstəyi, Gəncəyə və Bərdəyə atılan raketləri unutmur və unutmayacaq.

Xuraman İsmayılqızı, “İki sahil"

Seçilən
16
50
ikisahil.az

10Mənbələr