Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması bir daha rus millətçiliyinin əsl simasını göstərdi. Bu yalnız azərbaycanlılara qarşı etnik zəmində törədilən cinayət deyil, eyni zamanda Kremlin Rusiyanın qeyri-rus xalqlarına qarşı real münasibəti və siyasətidir
Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın, etnik zəmində terrora qarşı Azərbaycan cəmiyyəti qəti şəkildə etiraz edir, bu cinayətə göstəriş verənləri lənətləyir.
Tələb edirik ki, Rusiya tərəfi bu terroru törədəkləri tezliklə həbs edib Azərbaycana ekstradisiyasını təmin etsin, rəsmi şəkildə üzr istəsin. Əks halda bu terrorun arxasında dövlətin dayandığı tam isbatlanmış olacaqdır.
Səbuhi Abbasov
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri
29.06.2025
