AZ

Yekaterinburqda məhkəmə zalına daha bir azərbaycanlı GƏTİRİLDİ

Yekaterinburqda məhkəmə zalına iş üzrə təqsirləndirilən daha bir şəxs - 1963-cü il təvəllüdlü Akif Səfərov gətirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyada azərbaycanlıların qətlinin PƏRDƏARXASI - VİDEO


Mənbə qeyd edir ki, o da digər saxlanılanlar kimi 2000-ci illərin əvvəlində Yekaterinburqda baş vermiş hadisələrlə bağlı şübhəli bilinir.

İstintaq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət qaldırıb. Məhkəmə iclası qapalı rejimdə keçirilir.

İlkin məlumata görə, A.Səfərov Yekaterinburqda fəaliyyət göstərən “Kaspiy” kafesinin direktorudur. O, evlidir və yetkinlik yaşına çatmış övladları var. (Azərtac)

Bizim.Media

Seçilən
15
37
bizim.media

10Mənbələr