AZ

Bir zamanlar “Təbriz onsuz da sizindir” deyən Mehdi Sübhani indi niyə SUSMUR...

Azərbaycanla İran arasında münasibətlərdə zaman-zaman yaranan gərginliklərin arxasında sadəcə geosiyasi maraqlar deyil, həm də bu maraqlara xidmət edən konkret fiqurlar dayanır. Bu fiqurlardan biri - bəlkə də ən önəmlisi hazırda İranın Ermənistandakı səfiri və bu gün açıq şəkildə Azərbaycan əleyhinə danışan Mehdi Sübhanidir.

Mehdi Sübhani təkcə sıravi diplomat deyil. O, İranın bölgə siyasətində xüsusi missiyalar yerinə yetirən bir simadır. Sübhani bir vaxtlar İranın Azərbaycandakı səfirliyində mətbuat katibi vəzifəsində çalışıb. Yəni Azərbaycanı və buradakı ictimai-siyasi mühiti yaxından tanıyır. Məhz bu səbəbdən onun son illərdəki çıxışları daha çox diqqət və narahatlıq doğurur.

Səfir yoxsa təbliğatçı?

İranın Ermənistandakı səfiri kimi çıxışlarında Mehdi Sübhani Azərbaycana yönəlik əsassız ittihamlar səsləndirir. O, Ermənistanı açıq şəkildə dəstəkləməklə yanaşı Azərbaycan dövlətinin siyasətinə qarşı qeyri-diplomatik tonda danışır. Bu Tehranın Ermənistanı öz əli ilə deyil, "səfir dili" ilə müdafiə etmək strategiyasıdır.

Səfir Təbrizlə bağlı nə demişdi?

Səfirin Azərbaycandakı fəaliyyəti barədə məlumat əldə etmək üçün Mətbuat Şurasının sədri Rəşad Məcidin “Dəlicəsinə” kitabındakı bir hissə olduqca əhəmiyyətlidir. Yazıçı Tehranda olarkən səfəri zamanı aeroportda Mehdi Sübhaninin Azərbaycana qarşı münasibətinin şahidi olur. Rəşad Məcid belə yazır:

"Bizim "Təbrizə gedəcəyikmi?" sualımıza isə Sübhani bir az zarafatla, bir az da ironiya ilə "Təbrizi neyləyirsiniz, onsuz da sizin olacaq, onda gedərsiz" – deyə cavab verdi.”

Bu gün həmin Sübhani Ermənistanda oturub Azərbaycan əleyhinə ard-arda açıqlamalar verir, Azərbaycanı ittiham edir, Ermənistanın mövqeyini müdafiə edir.

Sual olunur: bəs hanı o “onsuz da sizin olacaq” dediyin Təbriz ruhu? Hanı o dostluq mesajları, hanı qardaşlıq təbəssümü?

Əslində Sübhani dəyişməyib. Sadəcə o, həmişə kim olubsa, indi açıq şəkildə onu göstərməyə başlayıb. Bir zamanlar mehriban görünən maskanın arxasında əsl real siması bu imiş.

Mehdi Sübhani bu gün artıq açıq şəkildə o simanı nümayiş etdirir. Vaxtilə Azərbaycanı tərifləyib, indi əleyhinə danışmaq İranın ikili siyasətinin canlı təzahürüdür.

Azərbaycan cəmiyyəti isə artıq bu cür ikiüzlü yanaşmaları ayırd etməyi bacarır. Bugünkü Sübhani dünənin sözlərini inkar edirsə, deməli, heç vaxt bizimlə səmimi olmayıb. Sadəcə doğru zamanın gəlməsini gözləyib.

Seçilən
35
50
modern.az

10Mənbələr