Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ayın sonuna ölkəmizə nəzərdə tutulan səfəri ləğv olunub.
Rusiyada OMON-çuların əməliyyatında Rusiya vətəndaşı olan 9 azərbaycanlı saxlanılıb- 2 QARDAŞ ÖLDÜRÜLÜB
Azərbaycan XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb
Rusiyalı diplomat Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırıldı
FED.az biznes və maliyyə xəbərləri agentliyi xəbər verir ki, buna səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı həyata keçirdiyi əməliyyat və həmyerlilərimizin qəddarlıqla qətlə yetirilməsidir.
Azərbaycan hökuməti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərində heç bir əhəmiyyət görmür.