AZ

Tural Rzayev “Kəpəz”i tərk etdi

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünə hazırlaşan “Kəpəz” yarımmüdafiəçisi Tural Rzayev ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 31 yaşlı futbolçunun başa çatan müqaviləsinin müddəti artırılmayıb. Gəncə klubu Turala xidmətləri üçün təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Gəncə futbol məktəbinin yetirməsi olan Rzayev “sarı-göylər”in heyətində 2015-2016-cı illər mövsümündə debüt edib. O, qərb təmsilçisinin heyətində 6 mövsüm keçirib. Bu müddətdə 123 oyuna çıxmış yarımmüdafiəçi 3 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Tural Rzayev ölkə çempionatının yüksək dəstəsində yalnız bir komandanın – “Kəpəz”in formasını geyinib. O, Litvada “Jonava”, Gürcüstanda “Merani” klublarının da şərəfini qoruyub.

Xatırladaq ki, “Kəpəz” daha əvvəl Trent Buhaqyar, Yeqor Xvalko, Rati Ardazişvili, Kərim Lkuça, Dioqo Verdaska, Rojerio Santos və Valdemar Almeyda ilə də yollarını ayırmışdı.

Seçilən
37
arena.az

1Mənbələr