AZ

“Makron və Merts sağlam düşüncələrini tamamilə itiriblər” – Lavrov


“Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts sağlam düşüncələrini tamamilə itiriblər”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayevlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Avropa paytaxtlarından gələn tilsimləri eşidəndə və onlara baxanda təəccüblənirik. Bu yaxınlarda Makron və Almaniya kansleri Merts birgə məqalə yazdılar: “Avropa silahlanmalıdır; Rusiya əsas təhlükədir, imperialist müharibələri aparır, 2008-ci ildə Gürcüstanı, 2014-cü ildə Krımı və Donbası, 2022-ci ildə bütün Ukrayna ərazisini işğal edib; Putinin məqsədi Avropanın təhlükəsizliyini pozmaqdır”. Düşünürəm ki, Avropada baş verənləri bir az dərk edən və hadisələri izləyən bir insanın bu adamların sağlam düşüncələrini tamamilə itirdiyini və açıq şəkildə Fransa və Almaniyanın bütün Avropanı, ilk növbədə Rusiya İmperiyasını və Sovet İttifaqını fəth etmək istədiyi dövrlərə qayıtmağa çalışdığını başa düşməsi üçün təkcə bu sitatlar kifayətdir”, - Lavrov qeyd edib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, Paris və Berlinin həmin instinktlərə qayıtması kədərlidir.
Seçilən
4
1
yeniavaz.com

2Mənbələr