AZ

Şovinizm və milli ayrı-seçkiliyin daha bir nümunəsi

"Rusiya-Ukrayna müharibəsi Federasiyada hakimiyyət böhranına səbəb olub.  Ölkənin güc strukturlarının, xüsusən hüquq mühafizə orqanlarının itaətsizliyi müşahidə olunur.  Hakimiyyət isə çıxış yolunu qeyri-rus millətlərinə, eləcə də qonşu dövlətlərə qarşı təxribatda görür". Bunu "Olaylar"a açıqlamasında hüquqşünas Alim Hüseynli deyib: "Elə Rusiyanın Yekaterinburq şəhərində yaşayan azərbaycanlılara qarşı törədilən təxribat da buna bariz nümunədir. Hüquq mühafizə orqanlarının 24 il əvvəl baş vermiş cinayət  hadisəsini araşdırmaq adı altında soydaşlarımıza qarşı hücumu bunu deməyə əsas verir. Hökumət isə azərbaycanlılara qarşı hücumu araşdıraraq hadisəyə hüquqi qiymət vermək əvəzinə, onu yasalamaqla məşğuldur. Əslində isə azərbaycanlılara qarşı baş verənlər  diskriminasiya, irqçilik və şovinizm elementlərinin bariz nümunəsidir.
Rusiyada hüquq mühafizə orqanlarının heç bir qanuni əsas olmadan  azərbaycanlılara qarşı belə hərəkətlər törətməsi birinci dəfə deyil. Artıq ənənə halı alıb ki, əvvəlcə mətbuat vasitəsilə ölkəmizə qarşı qarayaxma kampaniyası başladılır, ardınca hüquq mühafizə orqanları qanunsuz əməllərini ortaya qoyir. Necə ola bilər ki, RF hüquq mühafizə orqanları 24 il əvvəl baş vermiş cinayət hadisəsinin "iştirakçılarını" aşkar edir, amma onların məsuluyyətə cəlb edilməsi üçün qanun çərçivəsində, sivil formada tədbir görmür? Hələ cinayətin hansı şəraitdə, kimlər tərəfindən törədilməsilə bağlı dəlil, sübut olmadığı halda "şübhəli" şəxslərin qətlə yetirilməsi hansı məntiqə sığır?  Deməli, hadisənin kökündə siyasi motivlər, təzyiq elementləri durur. Cinayətkarlığa qarşı mübarizə adı altında anti-Azərbaycan fəaliyyəti Rusiyanın ənənəvi praktikasıdır. Hadisə ilə bağlı verilən açıqlama isə olduqca gülünc olmaqla yanaşı, Rusiyada idarəçiliyin sıfır səviyyədə olduğunun göstəricisidir. Təyyarəmiz vurulanda da heç bir fakta əsaslanmayan, heç bir  məntiqə sığmayan bu tipli açıqlamanın verilməsini yaxşı xatırlayırıq.
Belə qanunsuz, təxribat xarakterli hadisələrdən biri də  Yekaterinburda baş verdi. Qatil axtarışı adı altında 3 nəfər öldürüldü. İddialara görə, 24 il əvvəl törədilmiş qətllə bağlı aparılan axtarış zamanı ölənlərdən birinin ürəyi tutub və dərhal ölüb, digər 2 nəfər isə xəstəxanada ölüb. Özünə hörmət etməyən  dövlət bu cür cılız  açıqlama verirsə, deməli hər şey aydındı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
50
olaylar.az

10Mənbələr