AZ

Atlantik okeanının dibində minlərlə radioaktiv tullantı konteyneri tapıldı

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

Beynəlxalq tədqiqatçılar qrupu Şimali-şərqi Atlantik okeanının dibində minlərlə radioaktiv tullantı konteynerinin olduğunu aşkarlayıb. Bu, okean dibi boyunca nüvə tullantılarının dəfn olunduğu əraziləri xəritələşdirmək məqsədilə həyata keçirilən ekspedisiyanın ilkin nəticələridir. 

Qaynarinfo xəbər verir ki, məlumatı Almaniyanın "Bild" nəşri yayıb.

İyunun əvvəlində fəaliyyətə başlayan ekspedisiya "L’Atalante” adlı elmi tədqiqat gəmisində aparılır. Layihənin məqsədi okeanın dibinə atılmış nüvə tullantısı konteynerlərinin hazırkı vəziyyətini qiymətləndirmək və onların dəniz ekosisteminə təsirini öyrənməkdir.

Ekspedisiyada 20-dən çox alim iştirak edir. Onlar dəniz suyundan, dib çöküntülərindən və canlı orqanizmlərdən nümunələr toplayırlar. Müşahidələr üçün "Ulyx” adlı avtonom sualtı aparat istifadə olunur. Bu aparat yüksək texnologiyalı 3D kamera və sonarla təchiz olunub və bir neçə kilometr dərinlikdə belə obyektləri aşkar etməyə qadirdir.

"Bild"in yazdığına görə, nüvə tullantılarının dənizə atılması praktikası təxminən 50 il davam edib – 1950-ci illərdən başlayaraq 1993-cü ildə bu fəaliyyət beynəlxalq miqyasda qadağan edilənədək. O dövrdə hesab olunurdu ki, okean dibindəki dərin və uzaq bölgələr bu cür materialların saxlanması üçün "təhlükəsiz” məkanlardır.

Bu konteynerlər əsasən geoloji cəhətdən sabit zonalarda basdırılıb. Ekspertlərin qiymətləndirməsinə görə, təkcə Atlantik okeanının bir bölgəsində 200 minə qədər belə konteyner ola bilər – 3 ilə 5 kilometr dərinliklərdə.

Hazırda bu konteynerlərin əksəriyyətinin dəqiq yeri və texniki vəziyyəti məlum deyil. Bəziləri bir-birinin üzərinə yığılmış vəziyyətdə, bəziləri isə tək-tək səpələnmiş şəkildə yerləşir. Məhz bu səbəbdən hazırkı araşdırma strateji əhəmiyyət daşıyır: məqsəd, radioaktiv maddələrin sızma ehtimalını və bunun dəniz ekosistemlərinə potensial təsirini müəyyən etməkdir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
qaynarinfo.az

1Mənbələr