Əvvəlcə sel, sonra qum təpələri. Ekstremal hava şəraiti getdikcə insanları evlərini tərk etməyə, bütöv şəhərləri isə yer üzündən yox olmağa məcbur edir. Təhdid altında olan yaşayış məntəqələrinin siyahısı ildən-ilə genişlənir.
Publika.az lenta.ru-ya istinadən xəbər verir ki, bütün bunların səbəbi iqlim dəyişikliyidir və bu, artıq milyonlarla insanın infrastrukturuna, iqtisadiyyatına və həyat tərzinə təsir edir.
Mavritaniyada UNESCO-nun abidəsi və İslam təhsilinin keçmiş mərkəzi olan qədim Ualata şəhəri qum qatının altında yavaş-yavaş yoxa çıxır. Güclü yağışlar evləri dağıdıb, sakinlərin 60%-dən çoxu artıq evlərini tərk edib. UNESCO-nun digər şəhəri Şinqetti də məhv olma astanasındadır, çünki Saxara səhrası hər il 48 km genişlənir.
Bəzi şəhərlər qumda boğularkən, digərləri su altında qalır. Nyu-York, İsgəndəriyyə, Laqos, Mayami, Cakarta - bütün bu meqapolislər dəniz səviyyəsinin sürətlə artmasından əziyyət çəkir. Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) hesablamalarına görə, 2100-cü ilə qədər o ən azı 30 sm yüksələcək.