BAKI, 29 iyun. TELEQRAF
UEFA-nın Texniki Müşahidəçilər Qrupu İngiltərə millisinin yarımmüdafiəçisi Harvi Elliottu 21 yaşadək futbolçular arasında 2025-ci il Avropa çempionatının ən yaxşı oyunçusu seçib.
Teleqraf xəbər verir ki, "Liverpul"un 22 yaşlı yarımmüdafiəçisi Avro-2025-də 6 oyuna çıxıb, 5 qol vurub. Onun ötürmələrinin dəqiqliyi 82,7 faiz olub.
Qeyd edək ki, final görüşündə İngiltərə yığması Almaniyanı 3:2 hesabı ilə məğlub edib.