İngiltərənin 21 yaşadək futbolçulardan ibarət milli komandası Slovakiyada təşkil olunan Avropa çempionatının qalibi olub.
Offsideplus.az xəbər verir ki, britaniyalılar finalda Almaniya yığmasını 3:2 hesabı ilə məğlub ediblər.
Oyunun əvvəli ingilislər üçün yaxşı başlasa da, rəqib təslim olmayıb və görüşün əlavə vaxta uzanmasına nail olub.
Ancaq əlavə vaxtda daha bir qol vuran İngiltərə komandası Avropa çempionu tituluna yiyələnib.
Avropa çempionatı, U-21
Final
İngiltərə - Almaniya 3:2
Harvi Elliot, 5; Omari Xatçinson, 24; Conatan Rou, 93 - Nelson Vayper, 45+1; Paul Nebel, 61