"Kreml başbilənləri bir şeyi unudur ki, Rusiya ərazisində yaşayan türk-müsəlman xalqları tarixin bütün dövrlərində bizə baxıb düzləniblər, Bakı onlar üçün "beyin mərkəzi" olub. Azərbaycana qarşı tutduqları ədalətsiz mövqeyə görə rus dövləti Tanrıdan da tərs şapalaq alıb. 20 yanvardan sonra Sovet dövləti çökdü, rus alayının əli ilə törədilmiş Xocalı soyqırımından sonra Moskva "çeçen bataqlığına" saplandı. Onminlərlə rus gənci Qroznı civarında məhv edildi, rus analarının gözləri yaşlı qaldı.
Kremlin Rusiyada yaşayan azərbaycanlılara, türk-müsəlmanlara qarşı faktiki terror siyasəti tezliklə bumeranq effekti verəcək. Putinin çağımıza yaraşmayan faşist siyasəti Rusiyada mərkəzdənqaçma meyllərini gücləndirəcək. Qeyri-ruslara qarşı idbar siyasət həyata keçirən, qonşu dövlətlərin ərazisini zorla ilhaq etməyə çalışan Rusiya bu gedişlə federasiya ərazilərini belə qoruyub saxlaya bilməyəcək"-deyə, bildirib
İbrahim Məmmədli