AZ

ABŞ də pul yağışı : Sakinlərə göydən dollar səpələndi! VİDEO

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-də sakinlərin üzərinə yüzlərlə dollar səpələnib.

Sherg.az xəbər verir ki, hadisə Detroyt şəhərində baş verib. Məlum olub ki, bu, bir müddət əvvəl dünyasını dəyişmiş yerli avtoyuma sahibkarının son arzusu imiş.

Şəhərin küçələrindən biri məhz bu məqsədlə bağlanıb və yüzlərlə insan pulları yığmaq üçün ora toplaşıb. Günorta saatlarında havada bir helikopter peyda olub və göydən əsl dollar əskinaslarını səpələməyə başlayıb.

Hadisə şahidlərinin sözlərinə görə, heç bir dava-dalaş və ya qarışıqlıq olmayıb. İnsanlar sakit şəkildə pulları toplayıb və təxminən yarım saat sonra küçə yenidən açılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
sherg.az

2Mənbələr