"Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunmuş Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Pyotr Volokov Yekaterinburqda Azərbaycan diasporunun üzvlərinin saxlanılması ilə bağlı vəziyyətlə bağlı lazımi açıqlamalar verib".
Teleqtaf TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mariya Zaxarova deyib.
Rusiyalı diplomat bildirib: “İyunun 28-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dəvət olunmuş Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Volokov Azərbaycan tərəfinə lazımi izahatlar verib və vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu əmin edib. Əvvəlki illərdə törədilmiş ağır cinayətlər faktı üzrə cinayət işlərinin istintaqı çərçivəsində Rusiya hüquq-mühafizə orqanları əslən azərbaycanlı Rusiya vətəndaşı olan şübhəli şəxsləri saxlayıb və yaşayış yerlərində axtarışlar aparıb”.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı azı 5 azərbaycanlı öldürülüb.
Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov da döyülərək qətlə yetirilib.
Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.