AZ

Azərbaycanda hansı bölgədə nə qədər bankomat var? Siyahı

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

Bu ilin may ayına olan məlumata görə, ölkə üzrə fəaliyyət göstərən bankomatların ümumi sayı 3 416 ədəd olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlar istinadən xəbər verir ki, ən çox bankomat Bakı iqtisadi rayonunda (1 828 ədəd) yerləşir. Bu, ölkə üzrə bankomatların yarıdan çoxunun paytaxtda cəmləşdiyini göstərir.

Bakıdan sonra ən yüksək göstəricilər Abşeron-Xızı (239 ədəd), Gəncə-Daşkəsən (178 ədəd) və Şəki-Zaqatala (147 ədəd) iqtisadi rayonlarında qeydə alınıb.

Ən az bankomat isə Şərqi Zəngəzur iqtisadi rayonundadır – cəmi 15 ədəd.

İqtisadi rayonlar üzrə bankomatların sayı aşağıdakı kimi olub:

Bakı iqtisadi rayonu – 1 828

Abşeron-Xızı iqtisadi rayonu – 239

Gəncə-Daşkəsən iqtisadi rayonu – 178

Şəki-Zaqatala iqtisadi rayonu – 147

Mərkəzi Aran iqtisadi rayonu – 146

Qazax-Tovuz iqtisadi rayonu – 138

Quba-Xaçmaz iqtisadi rayonu – 126

Qarabağ iqtisadi rayonu – 124

Lənkəran-Astara iqtisadi rayonu – 119

Şirvan-Salyan iqtisadi rayonu – 113

Naxçıvan iqtisadi rayonu – 98

Mil-Muğan iqtisadi rayonu – 87

Dağlıq Şirvan iqtisadi rayonu – 58

Şərqi Zəngəzur iqtisadi rayonu – 15Elnur Əli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
yeniavaz.com

2Mənbələr