AZ

“Türk kinosunun Sultan”ı 80 yaşında

Kulis.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

28 iyun türk kinosunun unudulmaz simalarından biri olan Türkan Şorayın anadan olduğu gündür.

Kulis.az bu münasibətlə 80 illik yubileyinim qeyd edən məşhur ulduzun həyatı və fəaliyyəti haqqında maraqlı və bilinməyən faktları təqdim edir.

Türkan Şoray təkcə gözəlliyi, aktrisalıq bacarığı ilə deyil, həm də sənətə verdiyi dərin məna və dəyər ilə hafizələrdə özünə yer edib. O, sənət həyatına çox erkən yaşda - cəmi 15 yaşında başlayıb və elə ilk filmində baş rolda çıxış edib.

Türkan Şoray ilk mükafatını 17 yaşında alıb. O zamanlar artıq istedadı ilə seçilirdi, lakin ali təhsil almadığı üçün daim peşmanlığını ifadə edib. Özü də dəfələrlə müsahibələrində etiraf edirdi ki, əgər bir də dünyaya gəlsəydi, universitet tələbəsi olmağı çox istərdi.

Türkan Şoray prinsipləri ilə də həmişə fərqlənib. Film təkliflərini qəbul etməzdən öncə müəyyən şərtləri müqavilələrə daxil etdirirdi. Bu şərtlər sonradan “Türkan Şoray qanunları” adı ilə məşhurlaşdı. Öpüşmə və açıq səhnələrin çəkilməsinə icazə verməməsi, filmlərin yalnız İstanbulda çəkilməsi, həftənin müəyyən günlərində işləməmək kimi tələbləri onun həm sənətinə, həm də şəxsi dəyərlərinə nə qədər bağlı olduğunu göstərir. Bu şərtlər ilk vaxtlar bəzi prodüserlər tərəfindən sərt qarşılandı, amma sonda hamı bu qaydalarla razılaşmaq məcburiyyətində qaldı, çünki o, artıq Yeşilcamın əvəzolunmaz simasına çevrilmişdi.

Türkan Şoray təkcə öz dövrünün deyil, bütün zamanların ən çox filmə çəkilən qadın aktrisasıdır. O, 222 filmdə baş rolda çıxış edərək dünya rekordu qazanıb. Bu uğur, yalnız zəhmətin və istedadın deyil, eyni zamanda prinsipiallığın və özünəinamın nəticəsidir. Bu qədər filmə çəkilib hər birində baş rolda çıxış etmək, eyni zamanda sənətə olan sevgini qorumaq yalnız Türkan Şoray kimi əsl peşəkarın işi ola bilərdi.

Türkan Şorayın sənət sevgisi onun öz təbirincə desək, “bir eşq” idi. O, kinoya vurğunluğunu daim sevə-sevə ifadə edir. Bu məhəbbət onun filmlərinə, baxışlarına, səsindəki titrəyişə və obrazlarında canlandırdığı qadınların iç dünyasına hopub.

Onun baş rolu ifa etdiyi məşhur “Səlvi boylum al yazmalım” filmi türk kinosunun duyğu dolu sevilən ekran imzalarından biridir. Kadir İnanırla yaratdığı müxtəlif obrazlar illər ötsə də, tamaşaçının yaddaşında iz qoyub.

Onun şəxsi həyatı da sənət həyatı qədər diqqətçəkicidir. Uzun illər Rüçhan Adlı ilə birlikdə olan aktrisa daha sonra Cihan Ünal ilə ailə qurub və bu evlilikdən Yağmur Ünal adlı bir qız övladı dünyaya gəlib. Qızına olan bağlılığı və ana olaraq məsuliyyəti də onun həyatında xüsusi yer tutur. O, həm ekranın ulduzu, həm də ailəsinin sarsılmaz sütunudur.

Gözəlliyi ilə də hər zaman diqqət mərkəzində olan Türkan Şoray bu barədə daim təvazökar şəkildə danışır. Onun gözəllik sirləri sadədir: yaxşı yuxu, təmiz hava, təbii qidalanma və illərin sınağından çıxmış badam kremi.

Türkan Şoray sənətdə olduğu kimi həyatda da iz buraxmağı bacaran nadir insanlardandır. O, sadəcə bir dövrün deyil, bütöv bir sənət epoxasının aynasıdır. Onun adı artıq təkcə bir aktrisa olaraq deyil, türk kinosunun canlı əfsanəsi kimi yaddaşlardadır.

Çünki o, hər şeydən əvvəl öz işinə, öz prinsiplərinə və ən əsası, tamaşaçıya olan hörmətinə sadiqdir. Bəlkə də elə buna görə Türkan Şoray bu yaşınacan “Türk kinosunun Sultan”ı adını ləyaqətlə daşımaqdadır.

Tanrım, sonda nə var? - Rüstəm Behrudidən yeni şeir

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

Devid Linçin əşyaları 4,25 milyona satıldı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
kulis.az

1Mənbələr