Fransanın “Lill” klubu “Reyncers”in hücumçusu Hamza İqamane ilə maraqlanır.
90deqiqe.Az xəbər verir ki, tərəflər artıq şəxsi razılıq əldə ediblər. Lakin klub səviyyəsində transfer hələlik rəsmiləşməyib.
Fransızlar 46 oyuna 16 qol və 3 assistlə yadda qalan İqamane ilə mümkün ayrılığa hazırlaşan Conatan Devidin əvəzləyicisi kimi nəzərdən keçirir.
Qeyd edək ki, “Reyncers” ötən mövsüm Şotlandiya Premyer Liqasında ikinci yeri tutub.