AZ

Pakistanda kamikadze hücumu olub, 16 nəfər ölüb YENİLƏNİB

Apa.az saytına istinadən ain.az xəbər verir.

Pakistanda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

APA “Agence France-Presse”yə istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alanlar arasında 6 nəfər azyaşlı uşaq da var.

***

12:36

Bu gün Pakistanın şimal-qərbində kamikadze hücumu nəticəsində 13 əsgər həlak olub, 29 nəfər, o cümlədən mülki şəxslər yaralanıb.

APA xəbər verir ki, bu barədə yerli hökumət rəsmiləri və polis məmurları AFP-yə məlumat verib.

"Bir kamikadze partlayıcı yüklü avtomobili hərbi karvana çırpıb. Partlayış nəticəsində 13 əsgər həlak olub, 10 ordu əməkdaşı və 19 mülki şəxs yaralanıb", - adının çəkilməsini istəməyən hökumət rəsmisi qeyd edib.

Bildirilib ki, partlayış həm də iki evin damının uçmasına səbəb olub, altı uşaq yaralanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
50
apa.az

10Mənbələr