AZ

"Barselona" Messiyə olan borcunu indi qaytarır

İspaniyanın "Barselona" komandası 2020-ci ilin maaşı üzrə borcu ödəməni tamamlayır.

Oxu.Az bu barədə Sport.es saytına istinadla xəbər verir.

16 milyon dollar məbləğində son ödəniş iyunun 30-da həyata keçirilməlidir. Bu məbləğ 2020-ci ildə maaşlarını təxirə salmağa razılaşan bütün futbolçular və məşqçilər arasında bölünəcək.

Onların arasında Lionel Messi, Serxio Buskets, Jordi Alba, Usman Dembele, Antuan Qrizman və başqaları var.

Qeyd olunur ki, "Barselona"nın ən böyük borcu Messiyədir - ona yekun ödəniş 5.95 milyon avro təşkil edəcək.
Seçilən
5
2
sherg.az

3Mənbələr