Bakı. Trend:
Bakının Binəqədi rayonunda, “Baksol yolu” adlanan ərazidəkanalizasiya kollektoruna düşən gəncin meyiti tapılıb.
Trend-in xəbərverir ki, 27 yaşlı Cümşüd Cümşüdlünün meyiti Hövsan qəsəbəsininərazisində aşkar olunub.
Qeyd edək ki, hadisə iyunun 26-da baş verib. Gənc həmin ərazidənkeçərkən yolda çökmə baş verib və o, kanalizasiya kollektorunadüşüb. Axtarış tədbirləri nəticəsində onun meyiti tapılaraq sudançıxarılıb.