Turnir haqda ətraflı məlumatı Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü Mahmud Sadıqovdan aldıq. Onun "Football-plus.az"a cavabı:
"Söhbət tələbələrdən ibarət futzal komandasının iştirak edəcəyi yarışdan gedir. Bu, bizim yox, Azərbaycan Tələbə Futbol Federasiyasının məsuliyyətində olan məsələdi. Sadəcə, onlar bizdən bəzi milli üzvlərinin həmin turnirdə iştirakına şərait yaratmağı xahiş etdi. Müraciəti müsbət cavabladıq. Həmin komandanın baş məşqçisi Elşad Quliyevdi. Vitali Borisov ona yardım edir. Zaqrebdə keçiriləcək oyunlarda yığmamızın üzvlərinin mümkün zədə riskləriylə bağlı məsələlərə görə də adını çəkdiyim federasiya məsuliyyət daşıyır".
KƏNAN BAHADIR