AZ

"Udineze"nin qapıçısı danışılmış oyunda şübhəli bilinir

İtaliyanın "Udineze" komandasının qapıçısı Maduka Okoye sarı vərəqə səbəbindən uzun müddət diskvalifikasiya oluna bilər.

News24.az bu barədə "Corriere dello Sport" nəşrinə istinadla xəbər verir.

25 yaşlı nigeriyalı danışılmış oyunlarda iştirak etməkdə şübhəli bilinir.

Belə ki, 2024-cü ilin martında "Latsio" komandasına qarşı matçda qapıçı vaxtı uzatdığına görə 64-cü dəqiqədə sarı vərəqə alıb.

Bu hadisəyə çoxlu mərclərin qoyulduğu müəyyən edilib. Bukmeykerlər bu hadisə ilə bağlı uduşlara görə 120 min avrodan çox vəsait ödəyiblər.

İşin materialları İtaliya prokurorluğuna göndərilib. Futbolçunu dörd ilə qədər diskvalifikasiya gözləyir./oxu.az


Seçilən
39
1
news24.az

2Mənbələr