AZ

İstintaqın rəsmi iddiası: Yekaterinburqda saxlanılan şəxslər ömürlük həbs edilər bilər

BAKI, 28 iyun. TELEQRAF

Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində azərbaycanlılların evlərinə basqınla bağlı rəsmi istintaq instansiyası məlumat yayaraq hadisəni "bir sıra qətllərdə və adam öldürməyə cəhddə şübhəli bilinən etnik cinayətkar qrupun fəaliyyəti"nin dayandırılması kimi qələmə verib.

Teleqraf-ın xəbərinə görə, Yekaterinburq region üzrə istintaq komitəsinin məlumatnda bildirilir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə xüsusilə mühüm işlərin (keçmiş illərin cinayətləri üzrə) araşdırılması üzrə dördüncü şöbəsi Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “g”, “z” bəndlərində nəzərdə tutulmuş cinayətlər əsasında cinayət işini araşdırır.

Məlumata görə, bu şəxslər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (bir qrup şəxs tərəfindən qabaqcadan sui-qəsdlə törədilmiş adam öldürmə; muzdlu adam öldürmə; muzdlu adam öldürməyə cəhd) maddəsilə ittiham ediləcək. Bu cinayətlərdən ən ağırını törətməyə görə cəza isə ömürlük həbsdir.

İstintaq iddia edir ki, etnik cinayətkar qrupun tərkibində olan təqsirləndirilən şəxslər 2001, 2010 və 2011-ci illərdə Yekaterinburq şəhərində törədilmiş bir sıra qətllər və qəsdən adam öldürməyə cəhddə iştirak ediblər.

İddia olunur ki, "artıq bir neçə şübhəli etiraf edib, istintaqla əməkdaşlıq edir, ayrı-ayrı yerlərdə axtarışlar aparılıb".

“Saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir. Cinayət işi üzrə sübutların toplanması və təmin edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxslərin digər cinayətlərdə də iştirakları yoxlanılır. Cinayət işinin istintaqı Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin rəhbərliyinin nəzarəti altındadır”, - məlumatda deyilir.

Seçilən
10
20
teleqraf.com

8Mənbələr