Son zamanlar Rusiyada müşahidə olunan hadisələr bu ölkədə dövlət səviyyəsində aparılan şovinist və diskriminasiya siyasətinin, milli və dini ayrı-seçkiliyin açıq göstəricilərinə çevrilib. Dünən Oman ərazisində azərbaycanlılara qarşı törədilən silahlı hücum nəticəsində bir neçə soydaşımız həyatını itirib və yaralanıb. Hadisə ilə bağlı yayılan ilkin məlumatlara görə, hücum məqsədli xarakter daşıyıb və mülki şəxslər hədəfə alınıb. Hadisə Azərbaycan ictimaiyyətində ciddi rezonans doğurub. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi baş verən insidentə dərhal reaksiya verərək Oman hökumətinə rəsmi etiraz notası təqdim edib. Notada hadisənin təcili araşdırılması, günahkarların məsuliyyətə cəlb olunması və Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunması tələb olunur. Rəsmi Bakı bu hücumu beynəlxalq hüququn norma və prinsiplərinin pozulması kimi qiymətləndirir və məsələni nəzarətdə saxladığını bəyan edir. XİN-in məlumatına görə, hadisənin bütün hüquqi və diplomatik müstəvilərdə izlənməsi təmin ediləcək.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli Sherg.az-a söyləyib ki, sözügedən hadisəni qəti şəkildə pisləyir:

“Hadisənin arxasında hansı amil dayanmasından asılı olmayaraq, mülki vətəndaşlara qarşı bu cür davranışlar qanunsuzdur. Bu, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır. Təbii ki, Rusiya ilə bağlı bu kimi fikirləri səsləndirərkən, fikrimcə, müəyyən ehtiyatla yanaşmaq lazımdır. Çünki Rusiyada gündəlik olaraq OMON tərəfindən saysız-hesabsız bu qəbildən olan hadisələr baş verir. Düşünürəm ki, bu davranışlar Rusiyanın hüquq-mühafizə orqanlarında mövcud olan ultramillətçi meyillərin və aqressiyanın açıq şəkildə təzahürüdür. Əgər baş verən hadisələrin gedişatına və Azərbaycan-Rusiya arasındakı münasibətlərdə illərlə yol verilən yanlış siyasətə nəzər salsaq, bunun üzərində geniş dayanmaq lazımdır. Amma baş vermiş bu konkret kriminal hadisənin hüquqi müstəvidə dəyərləndirilməsinə ehtiyac olduğunu düşünürəm. Burada açıq-aşkar aqressiya müşahidə olunur. Əgər hər hansı bir şəxsə qarşı cinayət işi açılıbsa və ya onun tərəfindən hər hansı qanun pozuntusu baş veribsə, bu məsələ hüquqi çərçivədə araşdırılması labüddür. Lakin biz bu gün yalnız Azərbaycan vətəndaşlarına deyil, ümumilikdə Rusiyada yaşayan bütün miqrantlara qarşı oxşar münasibətlərin tətbiq olunduğunun şahidiyik. Əslində, bu vəziyyət Rusiyanın özü tərəfindən bəyan olunan prinsiplərlə, xüsusilə də inteqrasiya və əməkdaşlıqla bağlı ifadə olunan ideyalarla heç bir şəkildə uyğun gəlmir. Aydın olmur ki, Rusiya postsovet ölkələri ilə münasibətlərini inkişaf etdirmək və əlaqələri genişləndirmək istəyir, yoxsa diskriminasiya xarakterli təzyiq alətlərindən istifadə edir. Şübhəsiz ki, bu məsələ araşdırılmalıdır. Ancaq hər bir halda baş verən hadisəni qəti şəkildə pisləyir və düşünürəm ki, bu cinayət hadisəsi ciddi şəkildə araşdırılmalı, günahkarlar məsuliyyətə cəlb olunmalı və qanuna uyğun tədbirlər görülməlidir. Vəhşicəsinə qətlə yetirilən soydaşımızın doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.