"Borussiya"nın futbolçusu Yussufa Mukoko karyerasını Danimarkada davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Kopenhagen" almaniyalı hücumçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Danimarka klubu Mukoko üçün "Borussiya"ya 5 milyon avro təzminat ödəyəcək. "Kopenhagen" 20 forvardla 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Yussufa Mukoko "Borussiya"nın yetirməsidir. Almaniya U-21 millisinin üzvü ötən mövsüm icarə əsasında "Nitsa"da çıxış edib. Gənc oyunçu Fransa təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi