AZ

Azərbaycanda hansı bölgədə nə qədər bankomat var? – Siyahı


Bu ilin may ayına olan məlumata görə, ölkə üzrə fəaliyyət göstərən bankomatların ümumi sayı 3 416 ədəd olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlar istinadən xəbər verir ki, ən çox bankomat Bakı iqtisadi rayonunda (1 828 ədəd) yerləşir. Bu, ölkə üzrə bankomatların yarıdan çoxunun paytaxtda cəmləşdiyini göstərir.
Bakıdan sonra ən yüksək göstəricilər Abşeron-Xızı (239 ədəd), Gəncə-Daşkəsən (178 ədəd) və Şəki-Zaqatala (147 ədəd) iqtisadi rayonlarında qeydə alınıb.
Ən az bankomat isə Şərqi Zəngəzur iqtisadi rayonundadır – cəmi 15 ədəd.
İqtisadi rayonlar üzrə bankomatların sayı aşağıdakı kimi olub:
Bakı iqtisadi rayonu – 1 828
Abşeron-Xızı iqtisadi rayonu – 239
Gəncə-Daşkəsən iqtisadi rayonu – 178
Şəki-Zaqatala iqtisadi rayonu – 147
Mərkəzi Aran iqtisadi rayonu – 146
Qazax-Tovuz iqtisadi rayonu – 138
Quba-Xaçmaz iqtisadi rayonu – 126
Qarabağ iqtisadi rayonu – 124
Lənkəran-Astara iqtisadi rayonu – 119
Şirvan-Salyan iqtisadi rayonu – 113
Naxçıvan iqtisadi rayonu – 98
Mil-Muğan iqtisadi rayonu – 87
Dağlıq Şirvan iqtisadi rayonu – 58
Şərqi Zəngəzur iqtisadi rayonu – 15

Elnur Əli
Seçilən
5
1
yeniavaz.com

2Mənbələr