AZ

"Bu, çox yırtıcı hərəkətdir" - Rusiyada öldürülən Səfərovların qardaşı (VİDEO)

"Bu, mənim ailəmin faciəsidir". 

"Unikal" xəbər verir ki, bunu AZTV-yə açıqlamasında Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı hücumu zamanı qətlə yetirilən Səfərovların qardaşı Seyfəddin Hüseynli deyib. 

Onun sözlərinə görə, orada yaşayan onlarla soydaşları da aparılıb: "Onların arasında mənim qohumlarım da, Azərbaycanın digər bölgələrindən olub 30 ildən artıq Rusiyadda yaşayanlar da var. 

Dinc adamları hansısa qondarma səbəblərlə ən ağır formada evlərinə basqın etmək, onların bütün ailə üzvlərini təzyiqə, işgəncəyə məruz qoymaq, evlərini dağıtmaq, özlərini döyüb işgəncə verərək naməlum istiqamətə aparmaq, bütün ailənin telefonlarını alaraq onları təcrid etmək, köməksiz qoymaq - bu, çox yırtıcı bir hərəkətdir".  

Seçilən
9
2
unikal.az

3Mənbələr