Almaniyanın "Borussiya" klubu qapı xəttini gücləndirib.
Rekord.az xəbər verir ki, Dortmund təmsilçisi "Bohum"dan Patrik Drevesi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı qolkiperlə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.
Dreves ötən mövsüm "Bohum"un heyətində 22 oyuna çıxıb və 47 qol buraxıb.