AZ

Rusiyada yaşayan azərbaycanlıların nəzərinə – Bundan sonra… 

  Xəbər verdiyimiz kimi, Rusiyada azərbaycanlılara qarşı əməliyyat keçirilib. Hadisə nəticəsində ölənlər, xəsarət alanlar və saxlanılanlar var.

Hazırkı vəziyyət necədir? Bu, şəxsi məsələdir, yoxsa hansısa pərdəarxası məqamlar var?

Globalinfo.az-a danışan politoloq Xəqani Cəfərli bildirib ki, Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FTX) azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində iki nəfərin ölməsi, bir neçə nəfərin saxlanılması Rusiyada qeyri-ruslara, xüsusən gəlmələrə qarşı nifrət mühitinin nəticəsidir:


“Hadisə zamanı FTX əməkdaşlarının qəddarlığı da bu fikri təsdiq edir. Bütövlükdə isə Rusiyanın tarixi daim belə hadisələrlə “zəngindir”. İmperiya zəifləyəndə və ya sosial-iqtisadi vəziyyət pisləşəndə gəlmələrə və qeyri-ruslara qarşı nifrət qabarır. Ötən əsrin əvvəllərində və sonlarında ən azı iki dəfə belə hadisə yaşanıb”.

Politoloq əlavə edib ki, Rusiyada azərbaycanlılara qarşı mənfi münasibəti var:

“Bu, heç kimə sirr deyil və ört-basdır etmək yersizdir. Bu baxımdan, Azərbaycan Xarici İşlər Nazirliyinin zorakılıqda iştirak edənlərin qısa müddət ərzində məsuliyyətə cəlb olunması ilə bağlı müraciətinin nəticə verəcəyi inandırıcı görünmür. Əksində münasibətlər pisləşə bilər”.


Seçilən
19
50
referans.az

10Mənbələr