AZ

“Zirə”nin “Hayduk”la oyunlarının başlama saatları bəlli oldu

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la (Xorvatiya) qarşılaşacaq “Zirə”nin oyunlarının başlama saatı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Xorvatiya klubu ilə ilk matç iyulun 23-də 8-ci km stadionunda baş tutacaq. Oyuna saat 19:30-da start veriləcək.

Bu komandalar arasındakı cavab görüşü isə iyulun 31-də “Polyud Stadium”da təşkil olunacaq. Bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Seçilən
35
13
arena.az

10Mənbələr