“Milan” iki futbolçusu ilə vidalaşıb. Msport.az xəbər verir ki, İtaliya klubu sosial media hesabında bu barədə paylaşım edib.
Joau Feliks və Rikkardo Sottilin icarə müddəti başa çatıb və bu futbolçularla yollar ayrılıb.
Portuqaliyalı Feliks “Milan”a 2025-ci ilin fevralında “Çelsi”dən keçmişdi.
Sottil isə “Fiorentina”dan icarəyə götürülmüşdü.