AZ

Odessada rus dronu yaşayış binasını viran qoydu: ailələr diri-diri yandı, uşaqlar qan içində...

Rusiyanın gecə saatlarında Odessaya endirdiyi dron zərbəsi şəhərdə əsl cəhənnəmə çevrilib. Partlayış çoxmərtəbəli yaşayış binasına tuş gəlib, güclü yanğın başlayıb və sakinlər öz mənzillərində tüstü və alovun içində qapanıb qalıblar.

Hadisə nəticəsində bir ailə — ər-arvad faciəvi şəkildə həyatını itirib. Son məlumatlara görə, 14 nəfər müxtəlif dərəcəli xəsarət alıb, onların arasında 3 azyaşlı uşaq da var.

Xilasetmə briqadaları yanğın baş verən binaya daxil olaraq, körpələri və qadınları alovun içindən çıxarmağa çalışıblar. Kadrlarda yanğınsöndürənlərin qorxu içində qışqıran uşaqları tüstü dolu mərtəbələrdən qucaqlarında necə endirdiyi açıq görünür.

Hadisə yerində olan Odessalı sakin İnna Andrusik DW-yə danışarkən göz yaşlarını saxlaya bilməyib:

“Biz sadəcə pəncərələri yuyurduq… Sonra dəhşət başladı. Mənim mənzilim həmin dağılan mənzillərin lap üstündə idi".

Partlayış binanın divarlarını sözün əsl mənasında cırıb-dağıdıb, pəncərə çərçivələri hündürlükdən yerə tökülüb, metalları əyilib, daşları qopub küçəyə səpələnib. Həyət isə minlərlə şüşə qırıqları və dəmir parçaları ilə doludur.

Ekspertlər bildirirlər ki, belə hücumlar Rusiyanın Ukrayna şəhərlərini yalnız hərbi deyil, həm də psixoloji baxımdan çökdürmək məqsədinə xidmət edir. Mülki binaların hədəfə alınması isə bunun ən qaranlıq və amansız təzahürüdür.

DW-nin çəkdiyi videoda sakinlərin vahimə içində həyətlərə qaçması, bəzi mənzillərin isə tamamilə yanaraq qaralmış vəziyyətdə qalması açıq-aydın görünür.

Xilasetmə əməliyyatları davam edir, yaralılardan bəzilərinin vəziyyəti isə ağır qiymətləndirilir.

Musavat.com

Seçilən
14
1
paytaxt.org

10Mənbələr