"Zirə"nin Konfrans Liqası oyunlarının keçiriləcəyi vaxt müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, KL-nin 2-ci təsnifat mərhələsində “Hayduk”la (Xorvatiya) qarşılaşacaq “Zirə”nin ev və səfər qarşılaşmalarının baş tutacağı vaxt bəllidir.
İlk matç 23 iyul 19:30-da 8-ci km stadionunda, cavab görüşü isə 31 iyul Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.