AZ

Hər ikisindən asılılığı yox etməliyik

Rus dövləti Azərbaycanda rus ədəbiyyatının da ən yaxşı bilicilərindən biri sayılan Seyfəddin Hüseynlinin iki qardaşını Yekaterinburq şəhərində döyüb öldürüb.

Dişində nihilizm zəhəri gəzdirən bir qəddarlıq hadisəsidir və Rusiyanın həm tarixi, həm cari həyatı bu cür qəddarlıq nümunələriylə doludur.

Bir dəfə yazmışdım ki, ruslar şimalda yaşayan ərəblərdir. Ərəb bir anda bədəviləşən kimi, rus da bir anda kölələşir. Rusun nihilist qəddarlığı da kölənin qisas instintki kimi üzə çıxır.

Çünki tarixin ən asan kölələşən xalqı slavlar olublar. Slavyanların qanı şimaldan vikinqlərin, şərqdən monqol-tatarların qanına qarışandan sonra tarixi güc qazanıb. Və rus bu gücü özünün kölə nihilizminin qisas instinktiylə birləşdirib.

Ortaya cinayətkar xislətli bir xalq çıxıb. Tarix köləni cinayətkara çevirib. Həm də zatında nihilizm yatan bir cinayətkara.

Dostoyevski İsaya həmişə bu nihilist cinayətkarın gözüylə baxıb. Tolstoy bu cinayətkarı Şərq didaktikasıyla tərbiyələndirmək istəyib, Turgenev ona həyatın gözəl sifətlərini göstərib. Amma heç biri rusun nihilist cinayətkar xislətini yenə bilməyib.

Necə ki, Məhəmməd ərəbin bədəvi ruhunu yenə bilmədi. İslam ərəblərdən daha çox ərəb olmayanlara təsir göstərib. Pyotr xələflərinə “İslamı Asiyadan qovun” vəsiyyətini edəndə, əslində, “Ərəbləri Asiyadan qovun” deyirdi.

Çünki ruslarla ərəblərin arasındakı coğrafiyada qədim bir mədəniyyət var idi. Kim bu mədəniyyəti ələ keçirsəydi Asiya onun olacaqdı. Biri meşə, bir səhra xalqı olan bu iki xalq təcavüzdən başqa ünsiyyət forması tanımırdı.

Buna görə mən bir yazımda rusları şimalda yaşayan ərəblər adlandırmışdım.

Rus mədəniyyəti deyilən şey rusun özü üçün də kosmetik səciyyəlidir. Necə ki, islam ərəbin metafizik kosmetikasıdır. İslamı mədəniyyətin mərkəzinə oturdan Sasani ekolundan gələn fars intellektualları oldular. Ərəb üçün din şəriətdən ibarətdir. Yəni özünün mental ehtiyaclarından.

Rus üçün də mədəniyyət siyasətdən ibarətdir. Rusun siyasəti də özünün mental ehtiyaclarını qarşılamaq üçündür.

Ərəbin şəriəti ilahi mənşəlidirsə, rusun şəriəti siyasi mənşəlidir.

Biz nə yolla olur-olsun bu iki şəriətdən asılılığımızı yox etməliyik. Etməsək, onlar bizim ölkəmizə soxula bilməyəndə, evlərimizə soxulacaqlar.

Seçilən
10
vaxt.az

1Mənbələr