“Qərblə birtərəfli oyun başa çatıb”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidenti Vladimir Putin deyib.
“Hər kəs sanki dünən doğulmuş uşaq kimi bu barədə (Ukraynanın işğal edilmiş Donetsk və Luqansk vilayətlərinin “müstəqilliyinin” tanınması – red.) soruşurdu ki, niyə, nə baş verdi, necə oldu, onların (Qərb ölkələrinin) günahı nədir? Bu, heç bir nəticə verməyəcək. (Qərblə) birtərəfli oyun bitdi.
(Hərbi) xərclərini artırmaq, ordularını gücləndirmək istəyirlər, yaxşı, olsun. Bu, onların aqressivliyindən xəbər verir. İndi səbəbini izah edəcəyəm. Bəli, bu gün bizim xeyli xərcimiz var, bu, ÜDM-in 6,3 faizini təşkil edir, bu, çoxdur, yoxsa azdır? Məncə, çoxdur. Əlbəttə, bu da bizim həll etməli olduğumuz problemlərdən biridir və bunu vicdanla həll edirik”, - Rusiya prezidenti vurğulayıb.