AZ

Ermənistanda arxiyepiskop həbs edilib


Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri Arxiyepiskop Mikael Ajapayan Ermənistan məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs edilib.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, qərar daha əvvəl “Müqəddəs Mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdarlarının həbsinə göstəriş verən hakim Masis Melkonyan tərəfindən çıxarılıb.
Ajapayan barəsində açılan cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsinə əsaslanır. Bu maddə hakimiyyəti zorla ələ keçirməyə, ölkənin ərazi bütövlüyünü pozmağa, suverenlikdən imtinaya və ya konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə yönələn açıq çağırışlara görə məsuliyyəti nəzərdə tutur.
Seçilən
10
yeniavaz.com

1Mənbələr