AZ

Varşavada Orta Dəhliz çərçivəsində əsas sazişlərin layihələri razılaşdırılıb

Bakı. Trend:

İyunun 26-27-də Varşavada (Polşa) Trans-Xəzər BeynəlxalqNəqliyyat Marşrutunun inkişafı üzrə İşçi Qrupun səfər çərçivəsindəiclası keçirilib.

Trend-in"Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu" BeynəlxalqAssosiasiyasına istinadən verdiyi məlumata görə, iclasda 2025-ciilin ilk beş ayı üzrə işlərin yekunlarına yekun vurulub vəmarşrutun gələcək inkişafı ilə bağlı əsas məsələlər müzakirəolunub.

"Müzakirələrdən sonra iştirakçılar Trans-Xəzər BeynəlxalqNəqliyyat Marşrutu çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinəyönəlmiş əsas saziş layihələrini nəzərdən keçirib vərazılaşdırıblar. Logistika proseslərinin rəqəmsallaşdırılması,Xəzər dənizində sabit naviqasiyanın təmin edilməsi və konteynerdaşımalarının artırılması üzrə tədbirlərə xüsusi diqqət yetirilib",- məlumatda deyilir.

Qeyd olunur ki, Varşavada keçirilən görüş iştirakçı ölkələrintərəfdaşlığın möhkəmləndirilməsinə, nəqliyyat infrastrukturununinkişafına və Trans-Xəzər marşrutu üzrə daşımaların səmərəliliyininartırılmasına sadiqliyini bir daha təsdiqləyib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət yoludur. Bu,ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək, Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçərək quru yolutəklif edir.

Seçilən
47
3
az.trend.az

4Mənbələr