AZ

Rusiya Odessaya hücum etdi: Ölənlər və yaralılar var – VİDEO

İyunun27-dən 28-nə keçən gecə Rusiya hərbçiləri dronlarla Ukraynanın Odessa şəhərinə hücum ediblər.

Bizim.Media xəbər verir ki, hücum nəticəsində ölənlər və yaralılar var.
 

Odessa meri Gennadi Truxanov bildirib ki, xilasedicilər düşmənpilotsuz uçuş aparatının mənzillərinə düşməsi nəticəsində həlak olan ər-arvadın meyitlərini aşkarlayıblar.


O, həmçinin əlavə edib ki, hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir və səhər saatlarında rayonrəhbərliyinin operativ qərargahı hadisə yerində işə başlayacaq.

Eyni zamanda G.Truxanov xəsarət almış iki uşağın hazırda tibbmüəssisələrində olduğunu bildirib. Qeyd edilir ki, hücum zamanı daha dörd nəfər (böyük) də yaralanıb.






Bizim.Media

Seçilən
10
12
bizim.media

8Mənbələr