Beynəlxalq tədqiqat qrupu Atlantik okeanının şimal-şərqində içərisində nüvə tullantıları olan 1000-dən çox çəllək aşkarlayıb.
Publika.az "Bild" qəzetinə istinadən xəbər verir ki, bu barədə Fransanın CNRS elmi-tədqiqat təşkilatı məlumat yayıb.
Məlumata görə, qrup iyunun ortalarında Brest şəhərindən “L’Atalante” gəmisi ilə yola düşərək Qərbi Avropa hövzəsinə çatıb. Ekspedisiya burada dörd həftə ərzində içərisində atom silahının tullantıları olan çəlləklərin ekosistemə təsirini araşdıracaq.