AZ

“Siti”nin əfsanəsi baş məşqçiliyə başlayır

“Barselona”, “Mançester Siti” və Fil Dişi Sahili millisinin sabiq yarımmüdafiəçisi Yaya Turenin müstəqil məşqçilik karyerasına başlamağa hazır olduğu bildirilir.

Publika.az xəbər verir ki, 42 yaşlı keçmiş futbolçu ilk baş məşqçilik təcrübəsini Belçika çempionatında qazana bilər. Jurnalist Saşa Tavolyerinin məlumatına görə, Ture artıq “Darinq Bryussel” klubunun baş məşqçisi olmaq üçün təklifi qəbul edib.

Bu klub əvvəllər “RWD Molenbeek” adı ilə tanınırdı və hazırda Belçika ikinci divizionunda çıxış edir. Ötən mövsüm komanda üçüncü yeri tutaraq elitaya yüksəlmək uğrunda pley-offda “Lokeren”ə uduzub.

Seçilən
33
50
publika.az

10Mənbələr